IMG-LOGO

Müasir sahil şəhərsalması nümunəsi üzrə tədris turu təşkil olunub

14 May 2026 23:41 7 baxış
IMG

"Bakı Şəhərsalma Həftəsi"nin bugünkü tədbirlərindən biri "Şəhərsalmaya inteqrasiya olunmuş sahil araşdırılması: Sea Breeze-ə tədris turu" olub.

"Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.

"İştirakçılar sahilboyu şəhər inkişaf modeli, məkan planlaşdırılması, ictimai zonaların təşkili və müasir yaşayış infrastrukturu ilə tanış olublar", - məlumatda bildirilib.

Tədbirdə şəhərsalma həllərinin sahil mühiti ilə uyğunlaşdırılması, funksional şəhər məkanlarının formalaşdırılması və memarlıq yanaşmaları üzrə praktiki məlumatlar təqdim olunub.

Xəbər lenti