IMG-LOGO

Fuad Kərimli: Əsas məqsədimiz Qlobal Cənubun səsini dünyaya çatdırmaqdır

14 May 2026 12:56 3 baxış
IMG

GSNP-nin əsas məqsədi Qlobal Cənubun səsinin dünya miqyasında rezonans doğurmasını təmin etməkdir.

"Report" xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş katibi Fuad Kərimli qurumun I Baş Assambleyasındakı çıxışında deyib.

O bildirib ki, məhdud resurslara baxmayaraq, Qlobal Cənub Asiya Platforması artıq əsas beynəlxalq müstəvilərdə özünü tanıda bilib:

"BMT-nin Cənub Əməkdaşlığı Ofisi bizim işimizi tanıyıb və dəstəkləyib. Bundan sonra Baş qərargahı gücləndirməklə yanaşı, Baş katibin müavinləri və tərəfdaş təşkilatlar vasitəsilə böyük konfranslar, siyasi dialoqlar, regional forumlar və bacarıqların artırılması üzrə təşəbbüslər irəli sürməyi planlaşdırırıq. Məqsədimiz təkcə qlobal müzakirələrdə iştirak etmək deyil, həm də öz platformalarımızı yaratmaq, gündəmlərimizi formalaşdırmaq və Qlobal Cənubun səsinin dünya miqyasında rezonans doğurmasını təmin etməkdir".

Xəbər lenti