Mütəxəssislər cəmi iki inqrediyentdən istifadə etməklə immuniteti gücləndirən və xəstəliklərdən qoruyan vasitənin necə hazırlandığını açıqlayıblar.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, bir çoxları quru mixəyi ətirli içkilərin, şirniyyatların və əsas yeməklərin hazırlanmasında istifadə olunan ədviyyat kimi tanıyır. Lakin az adam bilir ki, bu ədviyyat gənclik və gözəllik mənbəyi olmaqla yanaşı, həm də güclü bir antioksidantdır.
Mixəyin faydaları
Mixəyin tərkibində A, C, D, E, K və B qrupu vitaminləri, omeqa-3 turşuları, maqnezium və sink var. Bundan əlavə, o, antibakterial, iltihabəleyhinə və sağaldıcı xüsusiyyətlərə malikdir ki, bu da onu təbii bir antioksidant edir. Məhz buna görə də mixək dəriniz üçün ideal vasitədir.
Gənclik eliksirinin hazırlanması
Sizə lazım olacaq:
1 çay qaşığı quru mixək;
1 stəkan qaynar su.
Hazırlanması: Mixəyin üzərinə qaynar su əlavə edin, dəmlənməsini və soyumasını gözləyin. Sonra məhlulu süzün, sprey şüşəsinə tökün və tonikiniz hazırdır. Onu sərin yerdə saxlayın. Bu toniki dərini nəmləndirmək üçün səhər və axşam tətbiq edə bilərsiniz.
Nəticə və təsiri
Mixəkli tonik dəriyə elastiklik verir, qırışlarla mübarizə aparır, səpkiləri qurudur və dərinin təravətini bərpa edir. Bahalı kollagen maskaları ilə müqayisə oluna biləcək mixək dərini 10 il gəncləşdirə bilər.
Vacib qeyd: Toniki istifadə etməzdən əvvəl allergiya testi keçirərək orqanizmin mixəyə reaksiyasını yoxlamağı unutmayın.
Sağlamlıq üçün əlavə tövsiyələr
İmmuniteti gücləndirmək və maddələr mübadiləsini yaxşılaşdırmaq üçün mixəyi çay və ya kakaoya da əlavə etmək olar. O, içkiyə zərif ətir qatacaq, sizə isə əlavə güc və gümrahlıq bəxş edəcək. Həmçinin belə bir içki çəkini normada saxlamağa kömək edir.
Sevda Rumi
Gənclik sağlamlıq eliksir resept