IMG-LOGO

İtaliyada zəlzələ

15.11.2023 03:23 144 baxış
IMG

İtaliyanın Fermo əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Episentri Montelparo qəsəbəsindən 3 kilometr cənubda olan zəlzələnin ocağı 21,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Fermo şəhərinin meri Paolo Kalsinaro vətəndaşlardan mülki müdafiə qüvvələrinə çoxlu sayda telefon zəngləri edildiyini və müvafiq yoxlamaların aparıldığını deyib. Dağıntı və tələfat olmadığı bildirilir.

Yeraltı təkan Ankora və Askoli əyalətlərində, eləcə də sahil zolağı boyunca hiss olunub.

Xəbər lenti