IMG-LOGO

Sumqayıtda zəncirvari qəza: Yaralananlar var

23 Mar 2024 21:30 144 baxış
IMG

Sumqayıtda zəncirvari qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq digər iki avtomobilə çırpılıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti