IMG-LOGO

"Audi"nin minlərlə işçisi etiraza qalxdı

29 Jul 2026 22:33 2 baxış
IMG
1 0

Almaniyanın cənub-qərbində yerləşən Nekkarzulm şəhərində təxminən 6 min Audi işçisi Volkswagen konserninin qənaət planlarına etiraz olaraq aksiya keçirib.

Lent.az xəbər verir ki, bu barədə "Tagesschau" portalı məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası Audi zavodunun qarşısında IG Metall həmkarlar ittifaqı və müəssisənin işçi şurası tərəfindən təşkil olunub. İyulun əvvəlində keçirilən ilk aksiyadan fərqli olaraq, bu dəfə tədbirə təxminən 6 min nəfər qatılıb.

Aksiyada çıxış edən həmkarlar ittifaqının nümayəndələri rəhbərliyin planları ilə bağlı kifayət qədər şəffaf məlumat vermədiyini bildiriblər. Onlar danışıqların davam etdirilməsinə ümid etsələr də, zərurət yaranacağı təqdirdə yeni etiraz aksiyalarının keçiriləcəyini istisna etməyiblər.

audi etiraz

Mənbə: lent.az

Xəbər lenti