IMG-LOGO

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafe BAĞLANDI

29 Jul 2026 15:23 3 baxış
IMG
0 1

Bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, AQTA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Zaqatalada 14 nəfər dönərdən zəhərlənərək, xəstəxanaya müraciət edib.

Hadisələr zəhərlənmə Zaqatala

Mənbə: lent.az

Xəbər lenti