IMG-LOGO

Zaqatalada AĞIR QƏZA: bir ailənin 4 üzvü yaralandı

29 Jul 2026 19:16 2 baxış
IMG
0 0

Zaqatalada yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib. 

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü - Zaqatala şəhər  sakinləri, 35 yaşlı Vasif Hacımurad oğlu Sultanov, 41 yaşlı Səfa Səlim qızı Sultanova,  9 yaşlı Ömər Vasif oğlu Sultanov və 13 yaşlı Ayşə Vasif qızı Sultanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. 

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti