IMG-LOGO

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

29 Jul 2026 14:40 2 baxış
IMG
9 3

İyulun 28-i saat 09:30-dan başlayaraq, 14 nəfər (9  kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

 

Naibə Məmmədova

*** 13:45

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayon sakini olan 10-dan çox şəxs Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.

Hadisə ilə bağlı Zaqatala rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Hadisələr zəhərlənmə dönər Zaqatala

Mənbə: lent.az

Xəbər lenti