Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Yulian Brandt cari mövsümün sonunda komandadan ayrılacaq.
"Report" xəbər verir ki, almaniyalı yarımmüdafiəçi 2025/2026 mövsümü başa çatdıqdan sonra Dortmund təmsilçisini azad agent kimi tərk edəcək.
29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi yaxın aylarda müəyyənləşəcək.
Qeyd edək ki, Yulian Brandt "Borussiya"nın heyətində 7 ildir çıxış edir.