IMG-LOGO

Azərbaycanda hamilə qadın xəstəxanada üçəmlərini itirdi

23 Mar 2024 17:23 98 baxış
IMG

Azərbaycanda hamilə qadın xəstəxanada vaxtından əvvəl doğum edib.

Lent.az xəbər verir ki, Zərdab rayon sakini olan 19 yaşlı A. M. əvvəlcə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Üçəmlərə 22 həftəlik hamilə olan qadın buradan Göyçay xəstəxanasına göndərilib.

Göyçay rayon Mərkəzi Xəstəxanasında A.M. vaxtından əvvəl doğum edib. Lakin ana sağ qalsa da, üçəm döllər ölü doğulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti