IMG-LOGO

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlılar saxlanıldı

23 Mar 2024 13:59 98 baxış
IMG

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kriminal aləmdə “avara” statusuna malik olan Əsgərov Qırğızıstana dövlətinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd cəhdi təşkil etmək məqsədi ilə ölkəyə gəlib.

Əməliyyat tədbirləri martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti