IMG-LOGO

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlı dəstə saxlanıldı

23 Mar 2024 13:59 99 baxış
IMG

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Qeyd olunur ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan, kriminal aləmdə “sələfi” statusuna malik olan Əsgərov dövlətin apardığı fəal mübarizə siyasəti nəticəsində ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlib.

Martın 22-də əməliyyat tədbirləri həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti