IMG-LOGO

Kəlbəcərdə qonur ayı görüntülənib

01 May 2026 09:37 2 baxış
IMG

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

Bu barədə "Report"a Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlarında ən çox rast gəlinən və yayılmış növlərdən biridir.

Qeyd edək ki, bu növə sıx meşəlik və yüksək dağlıq ərazilərlə yanaşı, Tutqunçay və Tərtərçay hövzələrində də rast gəlinir.

Xəbər lenti