Niderlandın Tehrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirir.
"Report" xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq brifiqində bildirib.
"Onlar (Tehrandakı səfirliyin diplomatları - red.) hələ də Bakıdakı səfirliyimizdədir, buna görə də biz onların təxliyəsinin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmək istəyirik", - səfir qeyd edib.