IMG-LOGO

İran: Hörmüz boğazında təhlükəsizliyin pozulmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür

28 Apr 2026 19:30 3 baxış
IMG

İranın BMT yanındakı Daimi Nümayəndəliyi Hörmüz boğazında təhlükəsizliyin pozulmasına görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

Bildirilib ki, İran 1982-ci il Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və müqavilələrin müddəalarını yerinə yetirməyə özünü borclu hesab etmir:

"İran əsas sahilyanı dövlət kimi, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq və hərbi xarakterli sui-istifadənin qarşısını almaq üçün Hörmüz boğazında müvafiq tədbirlər görmək hüququna malikdir".

Qeyd olunub ki, dəniz daşımalarının pozuntuları və nəticələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür. "Bölgədə davamlı sülhə yalnız İrana qarşı təcavüzün daimi dayandırılması, təkrarlanmamasına dair etibarlı zəmanətlərin verilməsi və suveren hüquqlarına tam hörmət edilməsi ilə nail oluna bilər", - İranın BMT yanındakı Daimi Nümayəndəliyindən bildirilib.

Xəbər lenti