Yeni evli bir qadının qaynanası ilə yazışmaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qaynananın gəlinin əməliyyatı ilə bağlı dediyi sözlər böyük tənqidlərə yol açıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni evlənmiş qadın qaynanası ilə aralarında baş verən mübahisəni əks etdirən WhatsApp yazışmalarını sosial mediada paylaşıb. Yazışmalarda qaynananın gəlinin əməliyyat prosesini əsas gətirərək evliliyi sual altına aldığı görünür.
“Əgər xəstə idinsə, ailən əməliyyatını etdirməli idi, evləndikdən sonra buna tələsməyə ehtiyac vardımı?" - o bildirib.
“Qonşular da belə deyir, xəstə idisə niyə evləndi?" sözləri isə mübahisəni daha da alovlandırıb.
Gənc qadın isə bu sözlərə sərt reaksiya verib: “Mən haradan biləydim əməliyyat olacağımı? Üstəlik bu kistdir, bir çox qadında olur, bunun evliliklə nə əlaqəsi var?" - deyərək sağlamlıq vəziyyətinin evliliklə əlaqələndirilməsinə etiraz edib.
Mübahisənin davamında qadın “Qonşular yox, bunu sən deyirsən” sözləri ilə qaynanasına cavab verib. Yazışmaların digər hissəsində isə qaynananın “İstəyirsiniz ki, mütləq Erkanın pulu getsin, o yorulsun?" kimi ifadələri diqqət çəkib. Paylaşılan bu yazışmalar qısa zamanda sosial mediada geniş yayılıb. İstifadəçilərin əksəriyyəti qaynananın mövqeyini tənqid edib və gənc qadına dəstək verən rəylər yazıb.
Budur tərəflər arasında baş verən həmin yazışmalar.
Maraq qaynana gəlin ailə münasibətləri sosial media WhatsApp yazışmaları
