IMG-LOGO

İstilik genlərimizi dəyişir: Uşaqlarımızı nə gözləyir?

28 Apr 2026 13:50 2 baxış
IMG
0 0

Yeni araşdırma göstərib ki, qısa müddətli güclü istilər yalnız orqanizmin özünə deyil, həm də gələcək nəsillərə təsir edə bilər. Alimlər müəyyən ediblər ki, istilik stressi genlərdə özünəməxsus “yaddaş” yarada bilər və bu da nəsillərin inkişafını sürətləndirərək orqanizmin fəaliyyətini dəyişdirir.

Lent.az xəbər verir ki, tədqiqat meyvə milçəkləri üzərində aparılıb. Alimlər onları irsi dəyişiklikləri müşahidə etmək üçün əlverişli model kimi seçiblər. Eksperiment üçün sərin Finlandiyadan və isti mərkəzi İspaniyadan olmaqla iki populyasiya istifadə olunub.

İlk mərhələdə tədqiqatçılar dişi milçəkləri qısa müddət ərzində 37 dərəcə temperaturun təsirinə məruz qoyublar. Daha sonra genlərin fəaliyyətindəki dəyişikliklər araşdırılıb və məlum olub ki, istilik stressindən qorunma ilə bağlı minlərlə gen aktivləşib. Bunlara istilik şoku zülalları da daxildir. Lakin ən gözlənilməz nəticə sonradan ortaya çıxıb həmin milçəklərin nəsillərində, baxmayaraq ki, onlar heç vaxt belə ekstremal istilə məruz qalmayıblar. İspaniya populyasiyasında alimlər bir neçə nəsil sonra belə yüzlərlə gendə dəyişiklik qeydə alıblar. İstilik stressi keçirmiş milçəklərin nəsilləri daha sürətli inkişaf edib və daha tez yetkin mərhələyə çatıb.

Alimlərin sözlərinə görə, təbiətdə bu cür sürətli inkişaf bəzən yaşamaq məsələsinə çevrilə bilər. Məsələn, bu, sürfələrin həddindən artıq qızan və çürüyən meyvələr kimi təhlükəli mühitdən daha tez çıxmasına kömək edir. Tədqiqat müəllifləri hesab edir ki, bu cür nəsillərarası dəyişikliklər iqlim dəyişikliyinə uyğunlaşmada mühüm rol oynaya bilər. Orqanizm yaşamaq təcrübəsini DNT-nin özünü dəyişmədən, epigenetik mexanizmlər vasitəsilə gələcək nəsillərə ötürə bilir.

Maraq iqlim dəyişikliyi isti hava istilik stressi

Xəbər lenti