IMG-LOGO

Aşpaz barmağını kəsdi, salatın içində müştəriyə verdilər

29.11.2023 15:42 73 baxış
IMG

ABŞ-da restoranda müştəriyə insan barmağı verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Konnektikut ştatında baş verib. Restoranlar şəbəkəsinin filiallarından birində salat sifariş edən qadın müştəri həyatının şokunu yaşayıb.

Belə ki, o, yediyi salatın içərisindən insan barmağı tapıb. Böyük stress yaşayan və iyrənən qadın məhkəməyə şikayət edib.

Məlum olub ki, mətbəxdə aşpaz salatın tərəvəzlərini doğrayarkən səhvən barmağını da kəsib. Restoran rəhbərliyi həmin işçini xəstəxanaya aparsalar da, onun kəsilmiş barmağını tapa bilməyiblər.

Müştəri təzminat almaq üçün məhkəmədə iddia qaldırıb. Həmin filial bağlansa da, qadının əsəbləri soyumayıb.

Xəbər lenti