IMG-LOGO

Zibil qutusundan tarixi qiymətli çamadan tapıldı

29.11.2023 09:35 66 baxış
IMG

Polşada zibil qutusundan tarixi qiymətli çamadan tapılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çamadanın içərisində 1940-cı illərə aid məktubları tapılıb. 

Ehtimal olunur ki, çamadan işğal altında olan Varşava sakini Katarjina Boyarskaya məxsus olub. 1944-cü ilin avqust üsyanı zamanı o, şəxsi əşyalarını, o cümlədən məktubları saxlamaq üçün çamadandan istifadə edib.

Çamadan Varşava Üsyan Muzeyinə gətirilib. Muzey vətəndaşlardan köhnə əşyalardan qurtulmazdan əvvəl onlara daha diqqətli olmalarını da xahiş edib. 

Xəbər lenti