Almaniyada məktəb direktorunun yazdığı məktub qısa zamanda sosial şəbəkələrdə gündəm olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, direktor hər tədris ilinin başlanğıcında müəllimlərinə bu məktubu göndərirmiş:
"Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb, yandırdığı insanlar. Bu səbəbdən təhsilə şübhə duyuram. Sizdən istəyim budur. Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox "insan" olmasına kömək edərsə, onda həqiqətən yararlı olar”.