İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar üçün İslamabada gələcək.
"Report"un məlumatına görə, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Moqədəm sosial şəbəkələrdə bildirib.
"Pakistanın Baş nazirin Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 maddəyə əsaslanan ciddi danışıqlar üçün İslamabada gəlir", - o qeyd edib.
Səfir bildirib ki, bu ölkələrin nümayəndə heyətləri aprelin 10-da İslamabadda danışıqlar aparacaq: "Bütün mübahisəli məsələləri həll etməyə imkan verəcək yekun razılaşmanın hazırlanması üzrə əlavə danışıqların aparılması üçün onların nümayəndə heyətlərini dəvət edirəm".
Xatırladaq ki, daha əvvəl Pakistanın Baş naziri İran və ABŞ-nin iki həftəlik atəşkəs barədə razılığa gəldiyini bəyan edib.