Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Ximətindən Lent.az-a verilən xəbərə görə, həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.
Məlumat üçün bildirmək istəyirik ki, avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperatur 38.6 dərəcə isti qeydə alınıb.
Hava proqnozu leysan dolu yağış yağacaqMənbə: lent.az