Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.
Lent.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AzTV-nin mətbuat xidmətindən məlumat verilib.
“Televiziya daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda televiziyanın strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat yayıb.
Sabah Telefilm AzTV studiya