Kamerunda qızıl mədəninin çökməsi nəticəsində 100 nəfər ölüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Qəza zamanı mədəndə neçə nəfərin olduğu hələlik dəqiq bilinmir. Hadisənin səbəbləri barədə də məlumat verilməyib.
Xilasedicilər mürəkkəb şəraitdə çalışırlar. Dağıntılar əsasən əllə təmizlənir. Buna səbəb ağır texnikadan istifadənin hələ çökməmiş mədən tunellərinin dağılmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqdır.
Hadisənin Mərkəzi Afrika Respublikası ilə sərhəd yaxınlığındakı qızıl yataqları ilə zəngin ərazidə baş verdiyi bildirilir.
Hadisələr dünyadan xəbərlər qızıl mədəni mədən çökdü meyit ölümMənbə: lent.az