IMG-LOGO

Azər Məmmədov Laçında vətəndaşları qəbul edəcək

07 Apr 2026 18:02 4 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Laçın rayonunda vətəndaşları qəbul edəcək.

"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, növbəti vətəndaş qəbulu aprelin 10-da saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq. Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək.

İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.

Xəbər lenti