IMG-LOGO

Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək

07 Apr 2026 17:36 5 baxış
IMG

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xəbər lenti