IMG-LOGO

Nazir: Serbiya 2032-ci ilə qədər atom elektrik stansiyasının tikintisinə hazır ola bilər

07 Apr 2026 16:51 4 baxış
IMG

Serbiya 2032-ci ilə qədər atom elektrik stansiyasının tikintisinə hazır ola bilər.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç bu gün nüvə enerjisinin inkişafına yanaşmanın məqsədəuyğunluğunun araşdırılması üzrə İdarələrarası ekspert işçi qrupunun alt qruplarının rəhbərləri ilə görüşündə bildirib.

Görüş çərçivəsində nüvə proqramının birinci mərhələsində aparılacaq tədqiqatlar müzakirə olunub.

Bildirilib ki, keçən il nüvə enerjisinin dinc məqsədlərlə tətbiqinə dair ilkin texniki tədqiqatı tamamlanıb və Serbiya hazırda nüvə proqramının birinci mərhələsindədir.

Nazirin sözlərinə görə, bu mərhələdə alt qruplar çərçivəsində layihə tapşırıqlarının böyük hissəsi artıq müəyyən edilib.

Xəbər lenti