IMG-LOGO

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3 %-ə yaxın artıb

07 Apr 2026 15:39 2 baxış
IMG

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 % artaraq 871 138 təşkil edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,6 % artaraq 59,942 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 % artımla 237,896 min təşkil edib.

Xəbər lenti