IMG-LOGO

Aİ yeni enerji tədbirləri paketi ilə bağlı müddətləri açıqlamaqdan imtina edib

07 Apr 2026 16:01 2 baxış
IMG

Avropa Komissiyası neft və nüvə yanacağı da daxil olmaqla, Rusiya enerji resurslarından mərhələli şəkildə imtina edilməsi üzərində işin davam etdiyini bildirib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib.

Lakin gözlənilən neft planı da daxil olmaqla, yeni qanunvericilik təkliflərinin dərc olunma müddətləri müəyyən edilməyib.

"Məndə bu təkliflərin nə vaxt təqdim ediləcəyinə dair tarix yoxdur", - Avropa Komissiyasının nümayəndəsi bildirib.

Anna-Kaysa İtkonen əlavə edib ki, işlər davam edir və onların qəbul edilməsi üçün siyasi iradə qorunub saxlanılır.

Onun sözlərinə görə, Rusiya qazından və LNG-dən (mayeləşdirilmiş təbii qaz) asılılığın azaldılması üzrə tədbirlər artıq qüvvədədir, sonrakı addımlar isə neft və nüvə sahəsinə şamil ediləcək.

Bununla belə, o, Aİ ölkələrinin bəzi nazirlərinin bəyanatlarına baxmayaraq, paketin aprelin 15-də dərc olunması mümkünlüyünü təsdiqləməyib.

Xəbər lenti