Türk musiqisinin tanınmış siması İbrahim Tatlıses xaricdə verdiyi konsertlərdən sonra İstanbuldakı evində qəfil halı pisləşərək xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, sənətçinin ağır virus infeksiyasına yoluxduğu ehtimal olunur.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda onun vəziyyəti nəzarət altındadır və həkimlər müalicə prosesini yaxından izləyirlər.
Bununla yanaşı, sənətçinin hansı virusa yoluxduğu ilə bağlı rəsmi açıqlama hələ verilməyib. Həkimlərin qərarına əsasən, onun bir müddət müşahidə altında saxlanıla biləcəyi qeyd olunur.
Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qaldıqdan sonra uzun müddət müalicə almış və reabilitasiya prosesi keçmişdi. Buna baxmayaraq, o, sonradan yenidən səhnəyə qayıdaraq fəaliyyətini davam etdirmişdi. Hazırda sənətçinin son durumu pərəstişkarları tərəfindən diqqətlə izlənilir.
İbrahim Tatlıses