Pasxa bayramı ailəvi sevinc, birlik və bolluq rəmzi kimi xüsusi süfrələrlə qeyd olunur. Bu süfrələrin ən diqqət çəkən hissəsi isə əlbəttə ki, evdə hazırlanmış şirniyyatlardır. Öz əlinlə hazırladığın Pasxa şirniyyatı həm daha sağlam, həm də daha dadlı olur.
Lent.az bu resepti təqdim edir:
Tərkibi:
500 qram un
200 millilitr ilıq süd
100 qram şəkər
100 qram kərə yağı
2 yumurta
1 paket quru maya (və ya 20 qram yaş maya)
1 çay qaşığı vanil
1 çimdik duz
100 qram kişmiş və ya quru meyvə
Üzəri üçün:
1 yumurta ağı
100 qram şəkər tozu
rəngli şirniyyat səpmələri (istəyə görə)
Hazırlanması
1. Mayanı aktivləşdir
İlıq südün içində şəkərin yarısını və mayanı qarışdır
10-15 dəqiqə saxla (köpüklənməlidir)
2. Xəmir hazırla
Yumurtanı, qalan şəkəri, vanili və duzu əlavə et
Yumşalmış kərə yağını qat
Unu hissə-hissə əlavə edib yumşaq xəmir yoğur
Xəmiri ört və isti yerdə 1-1.5 saat saxla (2 dəfə şişəcək)
4. İçlik əlavə et:
Kişmişləri qat və qarışdır
Xəmiri formaya yerləşdir (yarısına qədər)
180°C sobada 30-40 dəqiqə bişir
Yumurta ağı + şəkər tozu qarışdır
Mətbəx pasxa pasxa şirniyyatı evdə şirniyyat bayram şirniyyatı şirin reseptlər