IMG-LOGO

Qadın dondurma yedi: uşaq sahibi olmaq qabiliyyətini itirdi

07 Apr 2026 15:31 3 baxış
IMG
50 0

ABŞ-ın Florida ştatında yaşayan qadın dondurma yeyərkən metal parça udduqdan sonra baş verən ağır sağlamlıq problemlərinə görə 14 milyon dollar təzminat qazanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı Brendi Bakli pekan qozlu dondurma alıb. Onun sözlərinə görə, dondurmanı yeyərkən yad bir cismin boğazına ilişdiyini hiss edib. Qadın əvvəlcə bunun qoz olduğunu düşünsə də, sonradan bunun metal mismar olduğu məlum olub.

Rentgen müayinəsi qadının orqanizmində metal cismin olduğunu təsdiqləyib. Bundan əlavə, onun sözlərinə görə, dondurmanın tərkibində başqa metal qırıntıları da olub. Bu hissəciklər bağırsaqda ilişərək cərrahi müdaxilə tələb edib.

Əməliyyatdan sonra qadında ciddi ağırlaşmalar yaranıb. O cümlədən tromb əmələ gəlib və iddiaya görə, bu vəziyyət geri dönməz sonsuzluğa səbəb olub. Qadın bildirib ki, gələcəkdə uşaq sahibi olmaq arzusu bu hadisədən sonra tamamilə puça çıxıb.

2019-cu ildə qaldırılan iddiada istehsalçı şirkət məhsulun təhlükəsizlik standartlarına uyğun olmadığını və tərkibində bir neçə metal mismar və qırıntıların olduğunu qeyd edilib. Məhkəmə sənədlərinə əsasən, qadın baş, boyun, ətraflar və sinir sistemi üzrə zədələr alıb, həmçinin uzunmüddətli nevroloji problemlərlə üzləşib və bəzi funksiyalarını itirib.

Brevard dairəsi üzrə münsiflər heyəti həm mağazanı, həm də onun sahibi olan Malabar Creameries şirkətini məsuliyyətli hesab edib. Qərara əsasən, qadına ödəniləcək 14 milyon dollarlıq təzminata həm tibbi xərclər, həm də reproduktiv funksiyanın itirilməsi ilə bağlı zərər daxil edilib.

Qadının vəkili bildirib ki, bu qərar dəymiş ziyanın miqyasını əks etdirir və məsuliyyətin tam şəkildə müəyyən olunmasını təmin edir. Hadisə ilə bağlı Bruster’s Ice Cream şirkəti isə hələlik açıqlama verməyib.

dondurma yeyən qadın sonsuz oldu

Xəbər lenti