IMG-LOGO

Vens-Orban görüşündə neft müqaviləsinin elan edilməsi nəzərdə tutulur

07 Apr 2026 14:31 3 baxış
IMG

Macarıstan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Budapeştə səfəri zamanı ABŞ-dən neft alışı barədə müqavilə bağlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Macarıstanın "MOL Nyrt." enerji şirkəti təxminən 500 milyon ABŞ dolları dəyərində 500 min ton neftin alınmasını razılaşdıracaq.

Cey Di Vensin Baş nazir Viktor Orbanla mətbuat konfransı zamanı sövdələşmənin elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Vens bu gün Macarıstana səfər edib.

Xəbər lenti