Fransada dəmir yolu keçidində qatarla yük maşınının toqquşması nəticəsində ən azı bir nəfər həlak olub, 30 nəfər yaralanıb.
Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.
Mazenqarb (Fransada kommuna) meri ən azı 30 nəfərin yaralandığını bildirib. Həlak olanlar arasında qatarın maşinisti də var. Yük maşınının sürücüsü isə ağır xəsarət alıb.
Xilasetmə əməliyyatına 77 yanğınsöndürən cəlb edilib.
Qatarda 250-yə yaxın sərnişin olub. Qəzanın səbəbləri araşdırılır.