IMG-LOGO

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 6 % azalıb

07 Apr 2026 11:28 3 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qurumlarına 274 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Kibertəhdidlərin 213-ü daxili araşdırma, 64-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Xəbər lenti