IMG-LOGO

Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 89 % artıb

07 Apr 2026 12:02 3 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 17 yeni domen verilib.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 89 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 123 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur.

Təkcə martda 6 yeni domen və 39 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 2 dəfə və 2,1 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.

Xəbər lenti