IMG-LOGO

Rusiya ordusu Nikopolda avtobusu dronla vurub, ölənlər və yaralananlar var

07 Apr 2026 10:51 4 baxış
IMG

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikopol şəhərində sərnişin avtobusunu FPV-dronla vurub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, həlak olanlar arasında iki qadın və bir kişi var.

Eyni zamanda, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, son sutka ərzində Rusiya Silahlı Qüvvələri müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə edərək vilayət mərkəzini və daha 12 yaşayış məntəqəsini atəşə tutub, nəticədə altı nəfər yaralanıb.

"Dnepr vilayətində gecə saatlarında edilən hücumlar nəticəsində bir uşaq ölüb, beş mülki şəxs yaralanıb", - Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja öz teleqram kanalında qeyd edib.

Xəbər lenti