Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir geosiyasi və geoiqtisadi çağırışlar fonunda ticarət-iqtisadi əlaqələrin stimullaşdırılmasına geniş imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının Milli Məclisdə keçirilən "TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri" mövzusunda 13-cü iclasında deputat Ağalar Vəliyev bildirib.
"Dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən ardıcıl və sistemli islahatlar, müasir geosiyasi və geoiqtisadi çağırışlar fonunda, Türk dövlətləri də daxil olmaqla, regional və qlobal miqyasda çoxşaxəli iqtisadi əməkdaşlığa, ticarət-iqtisadi əlaqələrin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə geniş imkanlar yaradır. Düşünürəm ki, bu kontekstdə Azərbaycan-Türk dövlətləri çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi və vahid iqtisadi məkanın yaradılması ilə bağlı təklif, iqtisadiyyatların inteqrasiyasına, infrastrukturların inkişafına, ticarət maneələrinin, inzibati əngəllərin aradan qaldırılmasına və bütövlükdə iqtisadi siyasətin koordinasiyasına xidmət edəcək.
Şübhəsiz ki, üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının tədqiqi, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyən edilməsi baxımından getdikcə böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.