IMG-LOGO

Lukaşenko: KTMT Ermənistanla münasibətlərdə korrekt olmalıdır

06 Apr 2026 15:30 4 baxış
IMG

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla qarşılıqlı əlaqələrdə korrekt yanaşmaya riayət etməlidir.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Talatbek Masadikovla görüşündə bildirib.

Onun sözlərinə görə, KTMT-nin əsas problemli məsələlərindən biri iştirakçı ölkələrin Ermənistanla qarşılıqlı münasibətləridir.

"Ermənistanla işdə daha korrekt və diqqətli olmalıyıq. Bilirsiniz ki, Ermənistan sanki KTMT-dəki işi dəstəkləmir, lakin eyni zamanda təşkilatda qalır. Çox korrekt olmaq lazımdır. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusən də seçki dövründə (yayda parlament seçkiləri keçirilməlidir. - red.). Heç də asan vəziyyət deyil. Buna görə də biz Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq", - o bildirib.

Belarus Prezidenti KTMT-nin Baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşün təşkil edilməsinin zəruriliyini qeyd edərək, həmçinin Ermənistan tərəfinin mövqeyini dinləməyə çağırıb.

"Xüsusilə də indi, Ermənistan rəhbərliyinin vəziyyət, o cümlədən KTMT xətti barədə dürüst və açıq danışacağı bu kəskin seçki dövründə", - deyə Belarus rəhbəri bildirib.

Xəbər lenti