IMG-LOGO

Şamaxıda “Niva” dərəyə aşdı, bir nəfər öldü

19 Aug 2026 23:08 4 baxış
IMG
0 0

Şamaxının Qızmeydan kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

şamaxı qəza

Mənbə: lent.az

Xəbər lenti