Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir.
Bildirilir ki, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 43 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.
Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.