Braziliyada qadını avtobusda gedərkən qatar vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, sərnişinləri daşıyan avtobus dəmiryolu keçidində qatarla toqquşub. Zərbənin təsirindən sərnişin 37 yaşlı Culia de Albuquerque Violato avtobusdan relslərə yıxılıb. Qatarın təkərlərinin altına düşən qadın yarıya bölünüb. Həmçinin qəza nəticəsində avtobusda olan daha 5 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Culianın anası, 72 yaşlı Rosa faciədə avtobus sürücüsünü günahlandıraraq, bunun qəza deyil, cinayət olduğunu deyib.
Hazırda faktla bağlı araşdırma aparılır.