Bu il Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1600 nəfəri keçib.
Lent.az xəbər verir ki, Səhiyyə Xidməti Baş İdarəsi ölkədə təkcə son 24 saatda 8 nəfərin denqe qızdırmasından vəfat etdiyini bildirib. Ölənlərin yarısı paytaxt Dəkkənin payına düşür.
Bu gün daha virusa 920 yeni yoluxma aşkarlanıb. Bununla da Banqladeşdə virusa ümumi yoluxma sayı 309 mini keçib. Hazırda 3 min 493 pasiyentin xəstəxanalarda müalicəsi davam edir.
Qeyd edilir ki, virus insanlara ağcaqanadlar vasitəsilə keçir.