IMG-LOGO

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

31 Mar 2026 11:20 4 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 804 milyon 317 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 31,7 % azalaraq 2 milyard 428 milyon 516 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 22,8 % azalaraq 375 milyon 801 min ABŞ dolları olub.

Yanvar-fevral aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 66,2 %, ümumi idxalında payı isə 14,4 % təşkil edib.

İki ayda Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Ruminiya, Bolqarıstan, Portuqaliya və Çexiya ilə formalaşıb.

Belə ki, İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 813 milyon 454 min ABŞ dolları olub ki, bunun da 1 milyard 732 milyon 161 min dolları ixracın, 81 milyon 292 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 20,4 %, o cümlədən ixrac 21,4 % azalıb, idxal isə 10,5 % artıb.

Rumıniya ticarət dövriyyəsinin dəyəri 151 milyon 96 min ABŞ dolları təşkil edib ki, bunun da 144 milyon 35 min dolları ixracın, 7 milyon 61 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 15,8 %, o cümlədən ixrac 13,6 %, idxal isə 44,8 % azalıb.

Bolqarıstanla ticarət dövriyyəsinin dəyəri 122 milyon 362 min ABŞ dolları olub ki, bunun da 119 milyon 256 min dolları ixracın, 3 milyon 106 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 8,7 %, o cümlədən ixrac 7,7 %, idxal isə 35,8 % azalıb.

Portuqaliya ilə ticarət dövriyyəsinin dəyəri 114 milyon 142 min ABŞ dolları təşkil edib ki, bunun da 112 milyon 367 min dolları ixracın, 1 milyon 775 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 2,3 %, o cümlədən ixrac 3 % artıb, idxal isə 27,1 % azalıb.

Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 92 milyon 77 min ABŞ dollar olub ki, bunun da 84 milyon 996 min dolları ixracın, 7 milyon 81 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 60,8 %, o cümlədən ixrac 62,1 % , idxal isə 31,9 % azalıb.

Xəbər lenti