Qazaxıstanın Jetısu vilayətində gün ərzində ikinci zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Jarkent şəhərindən 52 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 4,7 təşkil edib.
Birinci zəlzələ martın 31-nə keçən gecə eyni ərazidə 4,4 maqnituda ilə baş verib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.