IMG-LOGO

Kaya Kallas Ukraynaya səfər edib

31 Mar 2026 09:33 3 baxış
IMG

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya səfər edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu səfər Ukrayna ilə həmrəyliyin əlamətidir. Kallas və bu gün Ukraynaya gələn bütün avropalı həmkarlara minnətdaram", - o qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, K.Kallas və Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin xarici işlər nazirləri Kiyevdə Aİ Şurasının qeyri-rəsmi iclasını keçirəcəklər.

Xəbər lenti