IMG-LOGO

BMT: Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb

31 Mar 2026 00:45 4 baxış
IMG

ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri Hörmüz boğazından gəmilərin gündəlik tranziti 95%-dən çox azalıb.

"Report" xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında təqdim olunur.

"Hörmüz boğazından keçən gəmiçilik iflic vəziyyətinə düşüb: tranzit trafik 95%-dən çox azalıb ki, bu da enerji resursları və gübrələrin tədarükündə fasilələrə səbəb olub", - deyə mətndə qeyd olunub.

Təşkilatın məlumatına görə, mart ayının əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb, fevralın son həftəsində isə bu rəqəm orta hesabla 103 olub.

Xəbər lenti