IMG-LOGO

"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib

30 Mar 2026 23:15 2 baxış
IMG

İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

" SEPAH Hərbi Dəniz Qüvvələri kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində ABŞ ilə İsrailin komandirlərinin toplandığı 4 obyekti məhv edib", - məlumatda bildirilib və əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Minhad bazasından kənarda yaradılan komandanlıq mərkəzi atəşə tutulub:

"Həmin mərkəzdə 200-dən çox amerikalı komandir və orta rütbəli zabit olub".

SEPAH digər kombinə edilən əməliyyat zamanı Bəhreyndəki əsas qarnizonun xaricində ABŞ-nin 5-ci Donanmasının komandirlərinin gizli yerləşmə yerinə dron hücumu edib. "Üçüncü ölkənin bayrağı altında üzən və İsrailə məxsus olan bir konteyner gəmisi də SEPAH Hərbi Dəniz Qüvvələrinin raket zərbəsinə məruz qalıb",- qeyd edilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Dəzhran bölgəsinin sahillərində bazadan kənarda yerləşdirilən və F-16 qırıcılarını istiqamətləndirən ABŞ-yə məxsus hava xəbərdarlığı radarı da vurulub.

Xəbər lenti