IMG-LOGO

İsmayıl Bəqai: ABŞ vasitəçilər vasitəsilə danışıqlara hazır olduğunu bildirib

30 Mar 2026 13:42 4 baxış
IMG

ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib.

"Report"un İRNA agentliyinin teleqram kanalına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.

"Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq", - o qeyd edib.

Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb.

Bundan başqa, o, ABŞ-nin münaqişənin həlli üçün təklif etdiyi 15 bənddən ibarət planın qeyri-real olduğunu deyib.

"Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real, məntiqsiz olmaqla yanaşı, özündə çoxsaylı tələbləri də ehtiva edirdi", - Bəqai vurğulayıb.

Xəbər lenti